Sabirabadda avtomobil yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, rayonunun Bulduq kəndində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.