Vaksinin infeksiyadan qoruması ilə bağlı əlimizdə kifayət qədər ciddi məlumatlar var.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda vəziyyətin stabilliyi vaksinasiya və qaydalara riayət olunması nəticəsində əldə edilib.