Bank Of Baku

Sarkozi cəzasını təkadamlıq kamerada çəkəcək

Fransanın sabiq prezidenti Nikolya Sarkozi 

© APA | Fransanın sabiq prezidenti Nikolya Sarkozi 

# 19 oktyabr 2025 08:20 (UTC +04:00)

Fransanın sabiq prezidenti (2007–2012) Nikolya Sarkozi cəzasını Santa həbsxanasında təkadamlıq kamerada çəkəcək.

APA xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həbsxana Paris şəhərində yerləşir və xüsusi təhlükəsizlik rejimi tələb edən məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir.

Qeyd edək ki, 70 yaşlı Sarkozi 2007-ci ildə seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR