Bank Of Baku

Səfərbərlik Xidmətinin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib

Səfərbərlik Xidmətinin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib
# 26 fevral 2025 14:03 (UTC +04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib.

Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət edib: "Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Allah şəhidlərimizə rəhmət eləsin!"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR