Səhiyyə qurumları "omicron" ştammından qorunmaq üçün vətəndaşları buster doza vurdurmağa çağırıb

Səhiyyə qurumları "omicron" ştammından qorunmaq üçün vətəndaşları buster doza vurdurmağa çağırıb
# 30 noyabr 2021 15:03 (UTC +04:00)

Aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatında yer alıb.

Qeyd olunub ki, əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

“Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır",- deyə birgə məlumatda bildirilib.

Qeyd edək ki, ÜST koronavirusun Cənubi Afrika Respublikasında aşkarlanmış yeni ştammına "omicron" adı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR