Şimal bölgəsində bir neçə gündür davam edən yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub.
APA-nın Şimal bürosu xəbər verir ki, bu gecə Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.
Qubanın Xınalıq, Cek, Qrız kəndlərində, Qusarın Laza kəndində 10 sm-ə qədər qar qeydə alınıb. Bölgənin digər ərazilərində yağış müşahidə edilib.