Bank Of Baku

Siyəzən sakinində avtomat aşkarlanıb

Siyəzən sakinində avtomat aşkarlanıb
# 27 yanvar 2025 11:18 (UTC +04:00)

Siyəzən sakinində avtomat aşkarlanıb.

APA DİN-ə istinadən xəbər verir ki, Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şamil Quliyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 9 ədəd patron, 1 ədəd patron darağı və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ş.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR