Bank Of Baku

Son 20 ilin ən soyuq may ayı 2003-cü ildə qeydə alınıb

Son 20 ilin ən soyuq may ayı 2003-cü ildə qeydə alınıb
# 13 may 2022 16:25 (UTC +04:00)

“Son 21 il ərzində may ayında normadan yüksək temperatur rejimi 16 il ərzində müşahidə edilib. 5 il ərzində bu göstərici normadan 3.2 dəfə aşağı olub”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, 5 il ərzində isə may ayında hava belə qeyri-sabit keçib: “Ən soyuq may ayı 2003-cü ildə olub. Həmin ilin may ayında temperatur cəmi 5 dərəcə olub ki, bu da qış fəslinə uyğundur”.

Xidmət rəisi deyib ki, bu cür anomal hava göstəricisi iqlimin istiləşməsi və iqlim dəyişmələrinin təzahürüdür:

“Azərbaycanda may ayında qarlı hava şəraiti sonuncu dəfə 2010-cu ildə müşahidə edilib. O zaman həm Xınalıq, həm də Şahdağda qar qeydə alınmışdı. Bu il mayın birinci 10 günlüyündə isə qar örtüyü daha hündür, 18 sm-ə qədər olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR