Bank Of Baku

Sosial Xidmətlər Agentliyi bu il 271 repatriantla sosial reabilitasiya işi aparıb

Sosial Xidmətlər Agentliyi bu il 271 repatriantla sosial reabilitasiya işi aparıb
# 14 dekabr 2024 12:18 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ilin ötən dövründə 271 repatriantla sosial reabilitasiya işi aparılıb.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilib. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, həmin plan üzrə sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilib.

Agentlik tərəfindən hazırda 47 repatriantla sosial iş çərçivəsində reabilitasiya xidmətləri davam etdirilir.

Qeyd edək ki, 2018-ci ildən bu günədək Agentlik 500-dən çox repatriantı sosial reabilitasiya xidmətləri ilə təmin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR