Bank Of Baku

Stomatoloq: "Kariyes çox təhlükəlidir"

İlqar Qacarov

© APA | İlqar Qacarov

# 03 iyun 2022 11:36 (UTC +04:00)

“Ağız gigiyenasına düzgün və müntəzəm qulluq edilmədikdə dişlərin səthində yığılan bakteriyaların diş əti altına keçərək iltihablaşmasına səbəb olur”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov bildirib.

Onun sözlərinə görə, ortodontik problemlər dedikdə diş-çənə anomaliyaları nəzərdə tutulur və əsasən 9-12 yaşlarda, süd dişlərinin daimi dişlərlə əvəz olunması zamanı yaranmağa başlayır: “Problemin yaranma səbəbi əsasən süd dişlərin vaxtından əvvəl itirilməsidir. Bəzən isə irsi faktorlar, zərərli vərdişlər (körpə vaxtı barmaq əmmə vərdişi, qələm dişləmə, dırnaq yemə, əmzikdən uzunmüddətli istifadə etmək), ağız tənəffüsü (ağız tənəffüsü vəziyyəti olduqda zaman keçdikcə çənə sümükləri düzgün inkişaf etmir və dişlərdə ortodontik problemlər yaranır), dar çənə (inkişaf müddətində çənə dar quruluşda olduğu üçün dişlər üst-üstə çıxır) də ortodontik problemlər yaradanlar səbəblər arasındadır.

Müalicəni erkən yaşlarda aparılması daha vacibdir. Dişlər və çənə sümüyü inkişafda olduğu üçün bu yaşda müalicə ilə tez nəticə əldə etmək mümkündür”.

Həkim deyib ki, ortodontik müalicədə breketlərdən, plastinkalardan, ağız xarici aparatlardan, kappalardan istifadə olunur: “Müalicə müraciət edənin yaşından, ağız təmizliyindən, problemin ağırlığından asılı olaraq 6 ay ilə 3 il arasında davam edə bilər”.

Həkim eyni zamanda, deyib ki, kariyes çox təhlükəli xəstəlikdir: “O təkcə dişlərin vaxtından tez itirilməsinə səbəb olmur. Ağız-udlaq, daxili orqanlar və periodontun iltihabı, osteomielit (çənə sümüyünün iltihabına) kimi xəstəliklər kariyes sayəsində yaranır. Bunun üçün kariyesli dişləri vaxtında müalicə etmək lazımdır. Ağız və dişlərin gigiyenasına diqqət etmədiyimiz halda ağız boşluğundakı problemlər başqa xəstəliklərin əmələ gəlməsi üçün zəmin yaradır. Belə ki, osteoporoz xəstəliyi zamanı sümüklər kövrək olur. Bu zaman çənə sümüyü də kövrəkləşir və dişlərin itirilməsinə gətirib çıxarır. Bundan əlavə, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda qanda şəkərin miqdarının artması diş əti xəstəliklərinin əmələ gəlməsi riskini artırır. Qanda şəkərin miqdarını mütləq normada saxlamaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR