Bank Of Baku

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib
# 09 oktyabr 2026 15:57 (UTC +04:00)

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib.

İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, şəhərin 1-ci məhəlləsində təşkil olunan görüşdə İH-nin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Bildirilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin qayğı və problemlərinin yerində öyrənilməsi, qaldırılan məsələlərin operativ həlli şəhər rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq keçirilən səyyar qəbullar sakinlərlə birbaşa ünsiyyətin qurulmasına, onların müraciətlərinə çevik və səmərəli baxılmasına xidmət edir.

Görüşdə sakinlər tərəfindən sosial müdafiə, məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması, yolların təmiri, ərazilərin abadlaşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin isə qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının, mövcud problemlərin vaxtında araşdırılmasının və həlli istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Şəhər rəhbəri verilən tapşırıqların icrasının nəzarətdə saxlanılmasını və müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasını aidiyyəti məsul şəxslərə tapşırıb.

Səyyar qəbulda iştirak edən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq, yenidənqurma və infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Onlar vətəndaşların müraciətlərinin dinlənilməsinə, problemlərinin həllinə göstərilən diqqətə və yaradılan birbaşa ünsiyyət imkanına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR