Bank Of Baku

Sumqayıtda Reabilitasiya Mərkəzində yanğında bir nəfər xəsarət alıb

Sumqayıtda Reabilitasiya Mərkəzində yanğında bir nəfər xəsarət alıb
# 06 mart 2025 16:54 (UTC +04:00)

Sumqayıtda Reabilitasiya Mərkəzində yanğında bir nəfər xəsarət alıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 6-da saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentin hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR