Bank Of Baku

Sumqayıtda vətəndaş qəbulu keçirilib

Sumqayıtda vətəndaş qəbulu keçirilib
# 20 dekabr 2024 10:28 (UTC +04:00)

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul–görüşü keçirilib.

Bu barədə APA-ya İH-dən məlumat verilib.

9-cu mikrorayon ərazisində keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Zakir Fərəcovun rəhbərliyi ilə keçirilən səyyar qəbullar hər həftə keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR