Bank Of Baku

TƏBİB “Mirvari park” yaşayış kompleksindəki yanğında xəsarət alanlarla bağlı məlumat verib

TƏBİB “Mirvari park” yaşayış kompleksindəki yanğında xəsarət alanlarla bağlı məlumat verib
# 10 iyul 2022 11:48 (UTC +04:00)

Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində qeydə alınan yanğında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospital olunub.

TƏBİB-dən APA- verilən məlumata görə, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə yerində yardım olunub.

Ümumilikdə 9 nəfər hospital olunub, 12 nəfərə yerində yardım olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR