Bank Of Baku

TƏBİB suçiçəyi peyvəndinin milli təqvimə salınması üçün ÜST-ə müraciət edib

TƏBİB suçiçəyi peyvəndinin milli təqvimə salınması üçün ÜST-ə müraciət edib
# 15 iyul 2022 15:26 (UTC +04:00)

“Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir”.

APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib.

O bildirib ki, suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması olduqca zəruridir:

"Çünki bu virus hazırda ölkəmizdə uşaqlar arasında geniş yayılıb. Azərbaycanda peyvəndlərlə əlaqədar mövcud vəziyyətə baxdıqda sözügedən peyvəndin milli peyvənd təqviminə salınması əhəmiyyətlidir”.

Şəbnəm Şahgəldiyeva qeyd edib ki, ölkəmizdə 11 xəstəliyə qarşı pəyvəndləmə aparılır: vərəm, poliomielit, qızılca, məxmərək, epidemik parotit, difteriya, tetanus, göyöskürək, hepatit B, pnevmokokk infeksiyası, hemofilus influenza B:

"Dünyada suçiçəyi, uşaqlıq boynu xərçəngi və digər bir neçə xəstəliyə qarşı da peyvəndlər mövcuddur. Onlar hələlik ölkədə tətbiq olunan profilaktik peyvənd cədvəlinə daxil edilməyib. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yeni peyvəndlərin tətbiqi daxil olmaqla immunlaşdırma proqramlarının gücləndirilməsi istiqamətində birgə səylərimizi davam etdiririk".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR