Bank Of Baku

Teymur Musayev: Təyyarə qəzasında həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir

Teymur Musayev: Təyyarə qəzasında həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir
# 27 dekabr 2024 11:48 (UTC +04:00)

"Dekabrın 25-də təyyarə qəzasında həlak olanlardan kimliyi məlum olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizləri götürülüb".


APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Yeni Klinika"da yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

"Bu istiqamətdə bütün müvafiq tədbirlər aidiyyəti qurumlar tərəfindən görülür. Bu, proses müəyyən vaxt tələb edir. Düşünürəm ki, bununla bağlı sualların cavabı da müəyyən vaxtdan sonra məlum olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR