Tovuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı olub.
APA-nın yerli bürosunun məlumatına görə, Elmira Mürşüdlü Tovuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.
E. Mürşüdlü bundan əvvəl rayonun Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbinin direktoru olub.
Xatırladaq ki, bir müddət əvvəl Validə Hüseynova Tovuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.