Bank Of Baku

UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbəsi Bəhreyndə qızıl medal qazanıb

UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbəsi Bəhreyndə qızıl medal qazanıb
# 01 noyabr 2024 16:58 (UTC +04:00)

UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbəsi Nurcan Rüstəmli, Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında böyük uğura imza ataraq, qızıl medal qazanıb.

UNEC-dən APA-ya verilən xəbərə görə, o, yeniyetmələr arasında keçirilən paraüzgüçülük yarışında rəqiblərini geridə qoyaraq, Azərbaycanın bayrağını yüksəklərə qaldırıb. Nurcan Rüstəmli bu uğura öz əzmi, gərgin zəhməti və uzunmüddətli məşqləri nəticəsində nail olub.

İdmanla yanaşı, Nurcan dərslərində də yüksək nəticələr əldə edərək, öz sahəsi üzrə peşəkar mütəxəssis olmağı hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR