Bank Of Baku

ÜST: Ötən ilin son ayında xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayında artım olub

ÜST: Ötən ilin son ayında xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayında artım olub
# 10 yanvar 2024 19:01 (UTC +04:00)

Dekabr ayında Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-dan dünyada 10 min ölüm olduğu bildirilib.

APA xəbər verir ki, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə koronavirusdan xəstəxanaya yerləşdirilənlərin sayı 42%, reanimasiya şöbələrinə qəbulların sayı isə 62% artıb.

"Bu tendensiyalar 50-dən az ölkənin, əsasən də Avropa və Amerikanın məlumatlarına əsaslanır. Şübhəsiz ki, digər ölkələrdə də bildirilməyən artımlar var", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR