Cəmi 80 manat olan veteran pulu nəqliyyat və digər xərcləri ödəmir.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.
Deputat bildirib ki, veteran pulu ən son 2019-cu ildə artırılıb: “Veteranlar sual edir ki, niyə veteran pulunda artım olmur. Yaralanmış veteranlar və digərlərinin veteran pulunda niyə fərqlərin olmaması məsələsi də qaldırılıb”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə həmin şəxslərə göstərilən sosial dəstək tədbirlərindən 105 mini sosial ödənişlərə aiddir: “Sosial ödənişləri mütəmadi nəzərdən keçirməklə yanaşı, onların sosial inteqrasiyası da diqqət mərkəzindədir. Onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsini, yaralanan veteranların reabilitasiyasını təşkil edirik. Məsələyə kompleks yanaşırıq. Konkret bu cür fərqlərin tətbiq edilməsi ilə bağlı isə müzakirələr apara bilərik”.
Veteran pulunun artırılması təklif edilib
24 may 2024 14:49 (UTC +04:00)
Sosial
Şahbuza yağan güclü yağış bir sıra fəsadlar törədib - FOTO
20:44
25 iyun 2024
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib
19:12
25 iyun 2024
FHN-in Akademiyasında Silahlı Qüvvələri Günü qeyd olunub
16:33
25 iyun 2024
Naxçıvana dolu yağıb - FOTO - VİDEO
15:56
25 iyun 2024