Bank Of Baku

Vilayət Eyvazov Lənkəranda qəbul keçirəcək

Vilayət Eyvazov Lənkəranda qəbul keçirəcək
# 27 fevral 2025 11:04 (UTC +04:00)

Daxili işlər naziri Lənkəranda vətəndaşları qəbul edəcək.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən martın 7-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 6 mart tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR