Bank Of Baku

20 Yanvar faciəsinə həsr olunmuş “24 il əvvəl...24 il sonra” adlı tədbir-sərgi təşkil olunub

20 Yanvar faciəsinə həsr olunmuş “24 il əvvəl...24 il sonra” adlı tədbir-sərgi təşkil olunub
# 17 yanvar 2014 09:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “24 il əvvəl... 24 il sonra” adlı tədbir-sərgi keçirilib.

 

APA-nın məlumatına görə, sərgidə Tofiq İsmayılov adına Təsviri və Tətbiqi Sənət Salonunun, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin 50 ədəd rəsm əsərləri, faciəyə həsr olunmuş iki ədəbi-musiqili kompozisiya nümayiş olunub.

 

Muzeyin direktoru Fəridə Şəmsi çıxışında bildirib ki, faciə nəticəsində 131 nəfər şəhid olub, 700 nəfər yaralanıb. O qeyd edib ki, muzey hər il 20 Yanvar faciəsinə həsr olunmuş sərgi nümayiş etdirir və bu ənənə davam etdiriləcək.

 

Tədbirdə Milliyyətçi Gənclər Təşkilatının üzvləri, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

 

Qeyd edək ki, sərgi yanvarın 23-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR