Bank Of Baku

36166 abituriyent ixtisas seçimi edib

36166 abituriyent ixtisas seçimi edib
# 16 avqust 2013 09:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Bu gün saat 11:00-da ali təhsil müəssisələrinə 2013/2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, 36166 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. I qrupda 11447, II qrupda 10292, III qrupda 10711, IV qrupda 3716 nəfər ixtisas seçimi ərizəsini dolduraraq təsdiq edib. 

 

Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan etibarən internet vasitəsilə ixtisas seçimi edirdilər. Ali məktəblərə qəbulun nəticəsi isə 3 gün ərzində məlum olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR