Bank Of Baku

“Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclərin məlumat bazası yaradılıb

“Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclərin məlumat bazası yaradılıb
# 08 fevral 2013 11:22 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində hazırlanan gənclərin məlumat bazası artıq yaradılıb. Bu barədə ətraflı məlumatlar yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, yeni yaradılan bazada gənclərlə bağlı lazımı məlumatlar yerləşdirilib. Nazirin sözlərinə görə, məlumat bazanın yaradılması “2011-2015-ci illərdə Azərbaycan gəncliyi dövlət proqramının vacib hissəsidir və nazirlik üçün də çox əhəmiyyətlidir: “Ümumilikdə, Dövlət Proqramı gənclərin sosial müdafiəsindən idmana qədər olan bütün sahələri əhatə edir. Bu proqramın üzərində işləyirik. Bu gün üçün ən vacib sənəd olan Dövlət Proqramının icrası gənclərlə bağlı bütün məsələləri həll edəcək”.

 

Nazir İKT ili çərçivəsində görüləcək işlərdən də danışıb. O bildirib ki, bununla əlaqədar kompüter oyunları müsabiqəsi və çempionatı, intellektual oyunları keçiriləcək. A.Rəhimovun sözlərinə görə, əgər İKT ili çərçivəsində yeni bir proqram qəbul olunsa, onun gənclərə aid olan hissəsində Gənclər və İdman Nazirliyi olaraq iştirak edəcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR