Bank Of Baku

“Azərbaycan Könüllülük xidməti” layihəsinə start verilib

“Azərbaycan Könüllülük xidməti” layihəsinə start verilib
# 22 iyul 2013 14:56 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Könüllülük xidməti”  layihəsinə start verilib.

 

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə Azərbaycanda ilk dəfə Gənclər və İdman Nazirliyi, Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə  Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunur. “Azərbaycan Könüllülük Xidməti” proqramında ölkənin 5 şəhərini təmsil edən, ARGTMŞ-a üzv olan 10 gənclər təşkilatı iştirak edir.

 

Proqramda uğurla iştirak edən könüllülər şəhadətnamə və ARGTMŞ tərəfindən təqdim olunan tövsiyə məktubu ilə təltif olunacaq, layihənin iştirakçısı olan gənclər təşkilatlar isə Azərbaycanda ilk dəfə olaraq, könüllülərin göndərilməsi və qəbul olunması üzrə Milli Akkreditasiya Sertifikatı əldə edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR