Bakı. Mübariz Aslanov - APA. Uzun zamandır müzakirəsi yubanan “Elm haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix bəlli olub.
Milli Məclisdən APA-ya verilən məlumata görə, qanun layihəsi ikinci oxunuşda parlamentin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.
Qeyd edək ki, müzakirənin ləngiməsinə səbəbi kimi bir sıra qurumların qanun layihəsinə rəy verməməsi göstərilib.