Bank Of Baku

“Gənclərin məşğulluğunda şəbəkələşmə” adlı forum keçirilir - VİDEO

“Gənclərin məşğulluğunda şəbəkələşmə” adlı forum keçirilir - <span style="color: red;">VİDEO
# 13 iyul 2013 16:55 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Gəncədə “Gənclərin məşğulluğunda şəbəkələşmə” adlı forum başlayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimdə bildirilib ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında məşğulluq problemlərinin həll edilməsi üçün internetin və yeni media alətlərinin bu sahədə olan müstəsna rolunu araşdırmaq, həmçinin kifayət qədər təcrübəsi olan ekspertləri və müxtəlif şirkətlərin nümayəndələrini Azərbaycanın müxtəlif regionlarından olan forum iştirakçıları ilə müzakirələr üçün bir araya gətirməkdir.

 

Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman, habelə Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri, eləcə də 20-dən artıq ölkədən dəvət olunmuş xarici qonaqlar iştirak edib.

 

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Dövlət Məşğulluq Xidməti idarəsinin məsləhətçisi Rəşad Əsgərli və başqaları çıxış ediblər.

 

Qeyd edək ki, forum “Gələcəyə körpü” Gənclər İctimai Birliyi tərəfindən Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi çərçivəsində həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR