Bank Of Baku

“İnkluziv təhsil haqqında” qanun layihəsi hazırlanıb

“İnkluziv təhsil haqqında” qanun layihəsi hazırlanıb
# 16 may 2013 16:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda “İnkluziv təhsil haqqında” qanun layihəsi hazırlanıb və baxılması üçün Milli Məclisinə təqdim edilib. APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Milli Məclisdə aparılan müzakirələr zamanı qanun layihəsinin ayrıca qanun kimi deyil, qanun layihəsində qeyd olunanların “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununda və “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklərin edilməsi yolu ilə əks olunması məqsədəmüvafiq hesab edilib. Hazırda bu məqsədlə iki nəfər hüquqşünas işə cəlb olunub. Yuxarıda adları qeyd olunan qanunlara əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanır.

 

Təhsil Nazirliyi sistemində olan sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin nəzdində fəaliyyət göstərən tədris emalatxanaları müəssisələrdə əsaslı təmir işləri aparılan zaman  yenilənib, müasir inventar və avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən əlilliyi olan uşaqların müstəqil həyat bacarıqları və peşə vərdişlərinin inkişaf etdirilməsi ilə bağlı reabilitasiya-inkişaf mərkəzləri təşkil olunur. Yerli ehtiyaclar nəzərə alınaraq, gələcəkdə bu tip mərkəzlərin sayının artırılması planlaşdırılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR