Bank Of Baku

“İRƏLİ” “Yay Araşdırma Məktəbi” layihəsi həyata keçirəcək

“İRƏLİ” “Yay Araşdırma Məktəbi” layihəsi həyata keçirəcək
# 26 iyul 2013 07:31 (UTC +04:00)

Bakı-APA. Sabah “İrəli” İctimai Birliyinin Tədqiqatlar və Araşdırmalar Mərkəzi tərəfindən “Yay Araşdırma Məktəbi” layihəsi həyata keçiriləcək. APA-nın məlumatına görə, layihədə iştirak üçün 200 nəfər müraciət edib. Müsabiqə əsasında müraciət edənlərdən 30 nəfər layihə iştirakçısı olmaq hüququ qazanıb. “Yay Araşdırma Məktəbi” 27 iyul tarixində Buzovna qəsəbəsində baş tutacaq.  Layihədə aparıcı ekspertlər tərəfindən iştirakçılara “Şəxsi inkişaf”, ”Liderlik”, “Uğur-davamlı olduqda uğurdur” mövzuları üzrə təlimlər keçiriləcək. Eyni zamanda layihə iştirakçıları üçün əyləncəli və intellektual oyunlar təşkil olunacaq. Qeyd edək ki, “Yay Araşdırma Məktəbi” layihəsinin keçirilməsində əsas məqsəd gənc liderlərin aşkarlanması, mövzu üzrə bilik və bacarıqlarının artırılması, fəal vətəndaş kimi araşdırma aparmalarını təşkil etməkdir. Gələcəkdə “İrəli” Tədqiqatlar və Araşdırmalar Mərkəzi digər mövzular üzrə araşdırma aparan gəncləri öz ətrafına toplamağı planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR