Bank Of Baku

“İRƏLİ” Extreme Club paraplan məşğələlərə start verib

“İRƏLİ” Extreme Club paraplan məşğələlərə start verib
# 16 iyul 2013 13:48 (UTC +04:00)

Bakı-APA. “İRƏLİ” Extreme Club  “Banzai” paraşüt  klubu ilə birgə paraplan təlimlərinin II mövsümündə praktiki məşğələlərə start verib. APA-nın məlumatına görə, həftə sonları Mərdəkanda dəniz kənarında paraplanla uçuşun ilkin əsasları ilə tanış olunur. Praktiki məşğələlərdə yalnız nəzəri hissəni keçən ekstrimçilər iştirak edir.

Xatırladaq ki, nəzəri və praktiki məşğələlər Moldovadan dəvət olunmuş, paraplan üzrə ekspert, təlimçi Viktor Arpintin rəhbərliyi altında keçirilir. 

Klub üzvləri təlimlərin sonunda Qusar rayonu ərazisində 2 günlük paraplanla uçuşlar edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR