Bank Of Baku

“İRƏLİ” Təlim və Karyera Mərkəzinin layihələri davam edir

“İRƏLİ” Təlim və Karyera Mərkəzinin layihələri davam edir
# 17 iyul 2013 10:28 (UTC +04:00)

Bakı-APA. “İRƏLİ” Təlim və Karyera Mərkəzi tərəfindən start verilən “Biznes Məktəbi” və “Foto Klub” layihələrinin ilk təlimləri baş tutub. APA-nın məlumatına görə, “Biznesə giriş” mövzusunda baş tutan ilk görüşün qonağı “İB” Clubun həmtəsisçisi Şəmsi Bayramzadə olub. Təlimdə biznes qurmaq üçün lazım olan vasitələr, hədəflər müzakirə olunub.

 

Mərkəzin Azərbaycan Fotoqraflar Birliyi ilə birgə reallaşdırdığı “Foto Klub”un isə ilk qonağı Gənc Fotoqraflar Assosasiyasının rəhbəri Könül Sülüymanova olub. “Foto və fotoqraflıq” mövzusunda keçirilən təlimdə layihənin girişi verilib, hər bir fotoqrafın fərdi işləri ilə tanışlıq olub və hədəflər müəyyənləşdirilib.

 

İki ay davam edən layihənin məqsədi fotoqrafiyaya marağı olan gənc istedadları kəşf etmək, foto sahəsində ixtisaslaşmış ekspert, peşakar fotoqraf və sənətşünastlarla gənc fotoqrafları bir araya gətirmək və Azərbaycanda fotoqrafiyanın inkişafına töhfə verməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR