Bakı-APA. “İRƏLİ” İqtisad Mərkəzinin reallaşdırdığı “Marketing Elit Club” layihəsinin bağlanış mərasimi keçirilib.
APA-nın məlumatına görə, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev layihə iştirakçılarını təbrik edərək, gələcək karyeralarında uğurlar arzu edib.
“Modern Marketing” Groupun təsisçisi Yusif Vəliyev qeyd edib ki, layihə uğurla başa vurulub və iştirakçılar bu sahədə xeyli bilik əldə ediblər.
Daha sonra “İrəli” sədri Rauf Mərdiyev və “Modern Marketing” Groupun təsisçisi Yusif Vəliyev layihəni uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edib.
Layihə ərzində iştirakçılara “Praktiki Marketinq”, “Strateji marketinq”, “Yenilənən marketinq sektorları”, “Marketinqdə reklamın əhəmiyyəti”, ”Markalaşma” və.s mövzularda seminarlar keçirilib. Həmçinin iştirakçılar “İrəli” İqtisad Mərkəsinin rəhbəri Bəhman Hüseynli tərəfindən keçirilən “Marketinq araşdırmasının mahiyyəti” təlimində iştirak edərək araşdırma aparmanın yollarını öyrəniblər.
Layihənin rəsmi hissəsindən sonra iştirakçılar “Modern Marketing” Group tərəfindən təşkil olunmuş ziyafətdə iştirak ediblər.
Xatırladaq ki, layihə 17 dekabr 2012 – 14 iyun 2013 tarixlərini əhatə edib və əsas məqsəd marketinq sahəsinə marağı olan və bu sahədə yeni biliklərə yiyələnmək istəyən gənclərin gələcək karyeralarının qurulmasına dəstək olmaq, gənc mütəxəssislərin yetişdirmək olub.