Bank Of Baku

“Nə? Harada? Nə zaman?” gənclərarası intellektual yarışı keçirilib - VİDEO

“Nə? Harada? Nə zaman?” gənclərarası intellektual yarışı keçirilib - <span style="color: red;">VİDEO
# 13 iyul 2013 09:32 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Bakının birincisi - 2013” adlı “Nə? Harada? Nə zaman?” gənclərarası intellektual yarışı keçirilib. APA-nın məlumatına görə, açılışda bildirilib ki, bu intellektual müsabiqə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının yaradılmasının 1 illiyi münasibətilə keçirilir. Tədbirdə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov çıxış edərək yarışın əhəmiyyətindən danışıb. O deyib ki, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə intellektual gənclərin bir yerə toplanması mühüm əhəmiyyət kəsb edir.

 

F. Muradov diqqəti qarşıdan gələn prezident seçkilərinə də yönəldib və gəncləri İlham Əliyevə səs verməyə çağırıb.

 

Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Azərbaycan gəncliyi təkcə güc idman növlərində deyil, intellektual yarışlarda da uğur qazanır. O, ölkədə bu səpkili tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Sonra yarışa start verilib. Gənclər arasından seçilən 150 nəfər 25 komandada birləşərək oyuna qatılıb. Turnirin aparıcısı “Çto? Qde? Koqda?” oyunun nüfuzlu “Büllur Bayquş” mükafatının sahibi Andrey Supramoviç olub. Yarışın apellyasiya üzrə münsiflər heyətinə Moskva Elitar Klubunun ulduzu Anastasiya Şutova rəhbərlik edib.

 

Yarış çərçivəsində ən yaxşı 16 komanda üçün breyn-rinq keçirilib. Breyn-rinqi “Büllur Bayquş” mükafatının sahibi, həmyerlimiz Rövşən Əsgərov aparıb. Müsabiqənin bu mərhələsində səsləndirilən 60 sualdan ibarət paket “Çto? Qde? Koqda?” proqramının tanınmış ukraynalı redaktoru Konstantin Naumenko tərəfindən hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR