Bakı-APA. Lənkəran şəhər icra hakimiyyəti “Qafqaz LTD” şirkəti əməkdaşlarının etiraz aksiyası keçirməsi barədə mediada gedən xəbərləri təkzib edib. Şəhər icra hakimiyyətindən APA-ya verilən məlumatda bildirilir ki, “Qafqaz LTD”nin 17 nəfər işçisi Lənkəran Şəhər İcra Hakimiyyətinə gələrək icra hakimiyyətinin başçısı tərəfindən qəbul olunmalarını xahiş ediblər. İcra hakimiyyətinin başçısı tərəfindən qəbul olunan işçilər mart ayı üçün əmək haqqının ödənilməsinə və gələcəkdə göstərilən sahədə işlə təmin olunmalarına köməklik olunmasını xahiş ediblər.
Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov “Qafqaz
Qəbulda iştirak edən vətəndaşlar onların qaldırdıqları məsələlərin həllindən razılıqlarını bildiriblər.