Bunu APA-ya açıqlamasında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.
Onun sözlərinə görə, eyni zamanda bu gün 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi Elçin Məmmədov “Qanun” Nəşriyyatının iddasını təmin etməmək barədə qərar çıxarıb.
Ş. Xuduoğlu əlavə edib ki, əvvəlcə Apellyasiya Məhkəməsinə, daha sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Qeyd edək ki, noyabrın 1-də vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə nazirliyin Vergi Auditi Departamenti tərəfindən “Qanun” Nəşriyyat Evində vergi yoxlamasına başlanılmışdı.