APA TV-nin çəkiliş qrupu 24 aprel - qondarma “erməni soyqırımı”nın ildönümü ərəfəsində Türkiyənin Qars, İğdır və Ağrı vilayətlərində olub. Səfərdə məqsəd ötən əsrin əvvəllərində bu bölgədə türklərə qarşı törədilmiş soyqırımına dair faktlar əldə etmək, bu faktlar əsasında “Soyqırımın izi ilə” adlı silsilə sənədli filmlər çəkməkdir. Çəkiliş qrupu türk soyqırımının canlı şahidlərinin ifadələrini lentə alıb, soyqırımın törədildiyi ərazilərdə olub, İğdır (Hakmehmet, Oba, Daşburun kəndləri) və Qarsdakı (Subatan) kütləvi məzarlıqlardan unikal süjetlər hazırlayıb, bu məzarlıqlar başında açıq səma altında proqramlar çəkib. Bundan başqa qondarma bölgənin tanınmış ictimai-siyasi xadimlərindən, qeyri-hökumət təşkilatlarının rəhbərlərindən “erməni soyqırımı”nın gerçək üzünə dair müsahibələr götürülüb. APA TV-nin çəkiliş qrupu həmçinin İğdır və Qarsda seçkilərdən sonrakı duruma, bölgənin unikal tarixi abidələrinə həsr olunmuş reportaj və sənədli xronika hazırlayıb. Önümüzdəki aylardan başlayaraq yayımlanmağa başlayacaq “Sərhəd hekayələri” silsiləsinin ilk iki seriyası da Qarsın Ermənistanla sərhəd Halıkışla kəndində və tarixdə “qaçaqaç dövrü” adlanan dövrdə Ermənistandan kütləvi şəkildə Türkiyəyə köç etmiş insanların yaşadığı Daşburun kəndi (İğdır) və Akyaka qəsəbəsində (Qars) çəkilib. Hər kəsin “Axırıncı aşırım” filmindən tanıdığımız Kərbəlayı İsmayılın dünyaya göz yumduğu kənddən hazırlanan sənədli film, Kərbəlayı İsmayılın qardaşı oğlu Məhərrəm Çimənin əmisi haqqında xatirələri yəqin ki tamaşaçıların marağına səbəb olacaq. Bundan başqa Qarsın yeni seçilmiş azərbaycanlı bələdiyyə başqanı Mürtəza Qaraçanta, Qars valisi Eyüp Tepedən müsahibə alınıb, Qarsın tanınmış azərbaycanlı ziyalılarından Çətin Adıgüzəl, Göksəl Qayğısız və Vedat Akçayöz APA TV-də yayımlanan “Panoram” və “Manşet” proqramının qonağı olublar. Qars qalasının tarixinə, Qarsda xristian türklərdən qalmış tarixi abidələrə, unikal memarlıq nümunələrinə həsr olunmuş reportajların da marağa səbəb olacağını düşünürük. İğdırın keçmiş bələdiyyə başqanı Nurəddin Aras, “Güvən” qəzetinin sahibi, jurnalist İsmail Aras, Əsassız Erməni Soyqırımı İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy, İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslanla müsahibələrin tamaşaçılarımızda Türkiyənin azərbaycanlılar yaşayan bu bölgəsində gerçək durumla tanış olmaq fürsəti yaradacağı qənaətindəyik. APA TV-ni izləməyi unutmayın.
Xəbər Lenti
Sabahın hava proqnozu açıqlanıb
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edilib
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib - YENİLƏNİB
DİN skuter və velosiped sürücülərinə müraciət edib
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qaz bahalaşıb
SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurduğunu açıqlayıb
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın baş verib
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB