Bank Of Baku

«Təmiz Şəhər» ekoloji təlim-tərbiyəyə start verib

«Təmiz Şəhər» ekoloji təlim-tərbiyəyə start verib
# 08 oktyabr 2013 08:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Təmiz Şəhər” ASC təhsil müəssisələrində ekoloji təlim-tərbiyə və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə cəmiyyət tərəfindən müxtəlif universitetlərin ekologiya sahəsində təhsil alan tələbələri üçün müntəzəm mühazirələr təşkil edir.

 

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, növbəti mühazirələr Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi» fakültəsində təşkil edilib. «Bərk məişət tullantılarının idarə edilməsi» mövzusunda mühazirədə Milli Məclisin Aparatının sektor müdiri Şamil Hüseynov, «EkoReal» QHT-nin direktoru Telman Zeynalov, Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev, «Təmiz Şəhər» ASC-nin ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev çıxış ediblər.

 

Tədbirdə Milli Məclisin nümayəndəsi tərəfindən tələbələrə ətraf mühitin mühafizəsi sahəsində parlament tərəfindən qəbul olunmuş normativ-hüquqi sənədlər barədə məlumat verilib. Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru bərk məişət tullantılarının düzgün idarə olunmasının insanların həyat fəaliyyətinin təhlükəsizliyində rolu barədə məlumatları tələbələrin nəzərinə çatdırıb.

 

«Təmiz Şəhər»in şöbə müdiri S.Zeyniyev təşkilatın gördüyü işlər barədə təqdimat keçirib.

 

Qeyd edək ki, ASC tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin məqsədi gənclərin ekologiya və ətraf mühit sahəsində biliklərinin artırılması və ətraf mühitə qayğı ilə yanaşmağa çağırmaqdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR