Bank Of Baku

Ali təhsil müəssisələri üçün tədris planları və kurikulumların hazırlanması üzrə milli seminar keçirilib

 Ali təhsil müəssisələri üçün tədris planları və kurikulumların hazırlanması üzrə milli seminar keçirilib
# 25 aprel 2013 16:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda Azərbaycan Respublikası ilə İSESCO arasında əməkdaşlıq proqramı çərçivəsində “Ali təhsil müəssisələri üçün tədris planları və kurikulumların hazırlanması, insan ehtiyatları və universitetlərin idarə olunması” mövzusu üzrə milli seminar keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirin əsas məqsədi ali təhsil müəssisələri üçün fənn kurikulumlarının hazırlanması, təhsilin keyfiyyətinin planlaşdırılması, ali təhsil müəssisələrinin idarə olunmasında yeni tendensiyaların tətbiqi, universitetlərlə iş adamları arasında əməkdaşlıq, elmi-tədqiqat işlərinin planlaşdırılması, doktorantura təhsilində islahatlar və digər məsələlərin müzakirəsindən ibarət  olub.

 

Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın rəhbərlik etdiyi seminarda yerli mütəxəssislər və Malayziyadan gəlmiş ekspertin – Nik Ahmad Hişam İsmailin iştirakı ilə ali təhsilin müqayisəli təhlili aparılıb. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR