Bank Of Baku

AMEA prezidenti Türkiyə və Fransa elmi mərkəzlərinin nümayəndələri ilə görüşüb

 AMEA prezidenti Türkiyə və Fransa elmi mərkəzlərinin nümayəndələri ilə görüşüb
# 20 may 2014 09:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı- APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə ilə Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Mərmərə Tədqiqatlar Mərkəzinin əməkdaşı Mehmet Fatih və Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) tədqiqatçısı Frans Jons arasında görüş keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, AMEA-nın vitse-prezidenti İbrahim Quliyev və Fizika İnstitutunun direktoru Nazim Məmmədovun da iştirak etdiyi görüşdə AMEA, TÜBİTAK və CNRS arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Görüşdə beynəlxalq aləmdə bilik və təcrübə mübadiləsi, elmi imkanların genişləndirilməsi məqsədilə birgə seminar və konfransların təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsinin, dünya elminə inteqrasiyanın vacibliyi qeyd olunub. Azərbaycan və Avropa tədqiqat institutlarının birgə layihələrdə iştirakının məqsədəuyğun olduğu diqqətə çatdırılıb. A.Əlizadə Fizika İnstitutu ilə yanaşı, AMEA-nın digər institut və təşkilatlarının da birgə innovativ layihələrə cəlb olunmasının önəmini vurğulayıb, bu kimi tədbirlərin mühüm elmi nəticələrin əldə olunmasında böyük rol oynayacağına əminliyini ifadə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR