Ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə test imtahanlarının keçirilmə vaxtı 21-23 iyul tarixlərində açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyulun 1-dən başlanıb. Ümumilikdə ölkənin ümumtəhsil məktəblərində vakant yerlərin sayı 3286-dır. Onlardan 493-ü Bakı şəhərində, 2793-ü isə respublikanın digər şəhər və rayonlarındadır. Həmin vakansiyalardan 2999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrədir. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənləri, Rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisası üzrədir.