Bank Of Baku

Cari ildə 122 nəfər modul tədris üsulu ilə yeni peşələrə yiyələnib

 Cari ildə 122 nəfər modul tədris üsulu ilə yeni peşələrə yiyələnib
# 24 iyul 2013 15:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Cari ilin 6 ayı ərzində 122 nəfər işsiz və iş axtaran vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən modul təlim üsulu əsasında təşkil olunmuş peşə hazırlığı kurslarına cəlb edilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlar Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində inkişaf etmiş ölkələrin peşə tədrisi standartlarına uyğun şəkildə yeni peşələrə yiyələniblər.


Müdavimlərin 16 nəfəri əməliyyatçı mühasib, 36 nəfəri elektrik qaynaqçısı, 24 nəfəri dərzi, 12 nəfəri ikinci dairə üzrə elektrik quraşdırıcısı, 22 nəfəri frezerçi, 12 nəfəri modul təlimi ilə tornaçı peşələrinə sahiblənib. Qeyd edək ki, Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində əmək bazarında rəqabət qabiliyyətli 15 peşə üzrə modul tədris proqramları hazırlanıb. Həmin proqramlar çərçivəsində hazırlanmış peşə kurslarına son üç ildə 1076 nəfər cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR