Bank Of Baku

İqtisadiyyat və sənaye naziri Qobustanda vətəndaşları qəbul edəcək

 İqtisadiyyat və sənaye naziri Qobustanda vətəndaşları qəbul edəcək
# 19 fevral 2014 11:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev fevralın 21-də Qobustanda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən İdman Kompleksində (Qobustan şəhəri, Heydər Əliyev prospekti,5) keçiriləcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və ya 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs - Rövşən Ataşov), 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Dağlıq Şirvan regional bölməsinə müraciət edə bilərlər.

 

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və «Facebook» səhifələrində xüsusi yaradılmış «İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət» bölmələri vasitəsilə də qəbula yazıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR