Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, nazirin regional xarakterli bu qəbulunda İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Qobustan, Ağdaş rayonlarının sakinləri iştirak edə bilər. Görüşdə iştirak etmək istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı «Qaynar xətt», (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
Eyni zamanda, görüşə gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.