Bank Of Baku

Ağcabədidə əsas yollardan birinin üzərindəki körpü uçmaq təhlükəsi ilə üzləşib - FOTO

Ağcabədidə əsas yollardan birinin üzərindəki körpü uçmaq təhlükəsi ilə üzləşib - <span style="color: red;">FOTO
# 03 mart 2014 07:29 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi və 33 saylı Ağcabədi Yol İstismar İdarəsinin mütəxəssisləri Ağdam-Ağcabədi magistral yolunun 42-ci kilometrliyində yerləşən körpüyə baxış keçiriblər.  Müəyyən olunub ki, qurğunun torpaq səddinin yuyulmasının qarşısını alan dəmir-beton konstruksiyalı dayaqlardan birinin çökməsi üzündən körpü yararsız hala düşüb. Sözügedən yolda yük avtomobillərinin hərəkəti məhdudlaşdırılıb.

 

Mütəxəssislərin rəyinə görə, tezliklə ərazidə bərpa-təmir işləri aparılmasa, qısa müddətdən sonra minik avtomobillərinin də Ağcabədi şəhərinə giriş-çıxışı alternativ yollar vasitəsi ilə həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR