Bank Of Baku

Ağstafada İKT üzrə treninq kursları keçirilib

Ağstafada İKT üzrə treninq kursları keçirilib
# 21 avqust 2013 16:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Ağstafada məktəblərin informatika və fənn müəllimləri üçün “Ən yaxşı informatika müəllimi” müsabiqəsi və müəssisələrdə müxtəlif qrup mütəxəssislər üçün İKT üzrə treninq kursları keçirilib. APA-nın məlumatına görə, bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev, böyük elmi işçi Gülarə Məmmədova və proqramçı Könül Daşdəmirova Ağstafa rayonu təhsil şöbəsinə ezam olunublar. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin məqsədi bu rayonda İKT sahəsində milli kadrların hazırlanması, mütəxəssislərin və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir İKT texnologiyalarının öyrənilməsində potensialının artırılmasıdır. Təlimə Ağstafa rayonu və kəndlərinin orta ümümtəhsil məktəblərinin 40 informatika və fənn müəllimləri, müəssisələr üzrə 25 mütəxəssis cəlb edilib. Təlim kursları avqustun 5-dən 15-dək davam edib.

 

Qeyd edək ki, birinci mərhələsi başa çatan layihənin daha 2 mərhələdə keçiriləcəyi və sonda biliklərin xüsusi test proqramı ilə sertifikatlaşdırılacağı nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR