Bank Of Baku

Akif Əlizadə: “AMEA-nın avtobazası və klinikası yaradılmalıdır”

Akif Əlizadə: “AMEA-nın avtobazası və klinikası yaradılmalıdır”
# 10 iyul 2013 11:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alimlərin ümumi yığıncağında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bir vaxtlar akademiyada alimlər tərəfindən müxtəlif tədqiqatların aparılması üçün ekspeditor-maşın tapmaq çətin idi. Hazırda ekspeditora müraciət edənlərin olmadığını deyən A.Əlizadə qeyd edib ki, akademiyanın alimləri eksperimentlər aparmalı, nəticələr əldə etməlidir: “Tədqiqat olmasa, onları təhlil etməsək, hansı nəticələr əldə etmək olar? Avtobaza maşınlarla, bütün avadanlıqlarla təchiz olunmalıdır. Arxeoloqlar özləri öz təşəbbüsləri ilə müəyyən iş aparır. Amma bunlar vahid bir şəkildə akademiyanın köməkliyi ilə aparılmalıdır. Son zamanlar prezident tərəfindən elmə diqqət və qayğı göstərilir. Biz də gördüyümüz işlərlə onun bu hörmətinə cavab verməliyik. Dövlət və prezident İlham Əliyev bizim gördüyümüz bütün işlərə dəstək göstərməyə hazırdır”.

 

A.Əlizadə akademiyanın özünün klinikasının yaradılmasını vacib hesab edib. O qeyd edib ki, akademiyanın özünün klinikası və başqa idarələri olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR