Bank Of Baku

Mikayıl Cabbarov: Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq münasibətlərinə malikdir

İqtisadiyyat naziri Mikayıl Cabbarov

© APA | İqtisadiyyat naziri Mikayıl Cabbarov

# 15 iyul 2026 11:48 (UTC +04:00)

Bu gün Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda çıxışı zamanı bildirib.

Nazir ölkələr arasında mövcud münasibətlərin mahiyyəti, iqtisadi, ticarət və investisiya əməkdaşlığının perspektivləri haqqında danışıb:

"Ölkələrimiz enerji sahəsində, işğaldan azad edilmiş ərazilərdə aparılan və hazırda da davam edən minatəmizləmə işlərində uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Mən artıq tikinti layihələrindən bəhs etdim və məmnuniyyətlə qeyd edirəm ki, Slovakiya memarları və tikinti şirkətlərinin iştirakı ilə azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələr bununla məhdudlaşmayacaq. Bununla belə, hesab edirəm ki, əməkdaşlıq potensialımız bundan qat-qat genişdir. Məhz buna görə də sizi Azərbaycana yalnız ayrıca bir ölkə kimi deyil, daha geniş regiona açılan qapı kimi baxmağa dəvət edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR