Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, gənclərin əksəriyyəti Akademiyadakı məvacibə baxaraq elmə gəlmir: “Amma elə gənclər də var ki, qəlbi ilə elmə bağlıdır və heç bir çətinliyə baxmır. Biz gərək həmin gənclərin yaşayış şəraitini yaxşılaşdıraq”.
A.Əlizadə qeyd edib ki, əvvəllər Sovet dövründə belə bir təcrübə olub: “Hətta AMEA prezidentinin öz mənzil fondu olurdu. Həmin fonddan istedadlı gənclərə ev verilirdi. Əgər AMEA prezidentinin öz fondu olarsa və o, həmin fonddan gənc alimlərə mənzil ayıra bilərsə, bu, gənclər üçün böyük stimul olardı”.