TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28 944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 27 819 abituriyentlərdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 10 153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıblar. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.
İxtisas seçimi avqustun 6-dan avqustun 15-dək internet vasitəsilə aparılacaq. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 7-dən avqustun 16-dək "Abituriyentin elektron ərizəsi"ndə qəbul olmaq istədikləri ixtisasları seçib təsdiq etməlidirlər.