Bakı. Anaxanım Hidayətova – APA. Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel yeni tədris ilinin başlanması münasibətilə Bakıdakı 160 saylı klassik gimnaziyada olub. APA-nın məlumatına görə, gimnaziyanın direktoru Faina Ələkbərova uşaqları yeni dərs ili münasibətilə təbrik edib və şagirdlərə uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Azərbaycanın Milli Məclisinin üzvü, akademik Ziyad Səmədzadə şagirdləri bilik günü münasibəti ilə təbrik edib və onlara təhsil ilində uğurlar arzulayıb.
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel də bu təbriklərə qoşulub və övladlarının Alman dilini öyrənməsinə qərar verən valideynlərə təşəkkürlərini bildirib.
Sonra diplomat şagirdlərə hədiyyələr təqdim edib.